ArxivXəbər lentiXəbərlər
İki gün öncə itmiş AXCP fəalı tapıldı

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə AXCP fəalı, Qarabağ qazisi Asif Yusifli məlumat verib: “Bir saat əvvəl Elvin Məmmədov Binəqədi təcridxanasından anasına zəng edərək 30 sutka inzibati həbs edildiyini bildirib.
Cəmi bir dəqiqə danışıb. İşgəncə verilmədiyini desə də səsində titrəyiş hiss olunub.
Qeyd edim ki, iki gün əvvəl iş yerinə icazə kağızı vermək adıyla çağırılaraq getmiş və qayıtmamısdı. Haqqında ailə üzvlərinə heç bir məlumat verilmirdi. Ailəsi və dostları çox narahat idi”.
Qeyd edək ki, Elvin Məmmədov 535.1 maddəsi ilə ittiham edilib. Qaradağ məhkəməsində keçirilən prosesdə ona 30 sutka həbs cəzası verilib.