ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İkili standart

Son günlər Təl-Əvivdə silsiləvi silahlı aksiyalar baş verib. Bu hərəkətlər Fələstin üzərində növbəti qətliama, İŞİD adının yenidən gündəmə gəlməsi ilə “yeni tamaşa səhnələşdirilir” kimi fikirləri gətirdi. Elə buna görə də etirazları bəhanə edən İsrail Fələstinə hücumlarını artırmağa başladı. Bütün dünyanın gözü qarşısında Fələstinli dinc əhali İsrail əsgərləri tərəfindən qətlə yetirilir. Lakin Fələstinə qarşı sionist hücumları dalğası yaşanarkən, hər zaman Fələstinin tərəfində olan Türkiyənin diplomatik missiyasının postları bu dəfə fərqli mövqe sərgilədi.

Türkiyənin Təl-Əvivdəki səfirliyinin rəsmi hesabında edilən paylaşımda Təl-Əvivdəki silahlı hücum üçün “terror hücumu” ifadəsi işlədilib və İsrail hökumətinə başsağlığı mesajı verilib. Bununla belə, ötən gün İordan çayının qərb sahilinin Beytlehem şəhəri yaxınlığında bir fələstinli mülki qadının İsrail əsgərləri tərəfindən şəhid edilməsi ilə bağlı heç bir qınama mesajı paylaşılmadı. AB bir fələstinli qadının öldürülməsinə görə qınama və başsağlığı mesajları alarkən, Türkiyə səfirliyinin bu zülm qarşısında susması böyük əks-səda doğurdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button