ArxivXəbər lentiXəbərlər

İlahiyyatçı: “Dinimiz sahibsiz heyvanların kütləvi şəkildə qətlə yetirilməsinin əleyhinədir” – Müsahibə

Son günlər sosial şəbəkələrdə küçə itlərinin öz körpə balaları ilə bərabər öldürülməsi görüntüləri yer alıb. Bu görüntlərə ictimaətin münasibəti birmənalı deyil.Bir qism insanın küçə itlərinin amansızcasına öldürülməsini dogru olduğunu vurğulayır. Hər bir canlılı İlahi yaratdığı ilə bərabər onların hüquqlarını da müdafiə edir.

Bu məsələ son günlərin aktual mövzusuna çevrildiyindən, Hədəf14.az olaraq sahibsiz  küçə itlərinin bu cür amansızcasına qətlə yetirilməsinə qarşı laqeyd yanaşa bilməzdik. Bildiyimizə görə, dinimiz də bunabənzər hadisələri qəti şəkildə pisləyir. Düşündük ki,mövzuya  din xadiminin aydınlıq gətirməsi daha məqsədə uyğundur. Mövzu ilə bağlı suallarımızı Corat  cümə məscidinin axundu,ilahiyyaatçı Hacı Sahib Məmmədova ünvanladıq.

Red: Hacı, bu barədə siz nə deyə bilərsiniz?

“Bəli, İslam dinində heyvan hüquqları adı altında mövzu var. Bu mövzu barədə kifayət qədər hədislər var ki, heyvan da canlı məxluqdur və Allahın yaratdığı varlıqdır. Onun yeyilməsi məsələn; insanlar üçün qida olaraq Allah tərəfindən yaradılması da qeyd olunub. Əti halal və haram olan heyvanlar var. Murdar və qeyri-murdar heyvanlar. Dediyimiz kimi onlar da canlı bir məxluq olduğuna görə onların da özünə məxsus haqlari var. Ele heyvanlar var ki, məsələn; ev quşları, inək, qoyun, toyuq və s. bu kimi heyvanların saxlanılması, onlara qulluq göstərilməsi, qida verilməsi də dinimizdə hədislərdə qeydə olunub. Ac heyvanı doyuzdurmaq, su içməsi, yemək yeməsi üçün ona imkan yaratmağı İslam buyurur. Hədislərə nəzər salarkən başa düşülür ki, insan üzərində heyvanların da haqqı var. Dinimiz hansısa heyvanı vurmağı, ona əziyyət etməyi, xüsusən də üzünə zərbə vurmağı qəti şəkildə pisləyir. Hədislərdə də qeyd olunub ki, heyvanlar əziyyət verməyin, incitməyin və onları öldürməyin. Amma vəhşi heyvanlara, ilan, əqrəb və it kimi (bunların adı xüsusi olaraq hədislərdə qeyd olunub deyə vurğulaylram) bu heyvanlardan insana ziyan gələrsə onları zərəsizləşdirməyin heç bir eybi yoxdur. Hədislərdə də qeyd olunub ki, bunları öldürməyin. Yəni dində icazəsi var və pislənmiyib. Xüsusi olaraq itə gəldikdə, əgər həqiqətən də belə deyək, quduzlaşmış itdirsə, zərər verirsə və təhlükəlidirsə, onları öldürməyin heç bir eybi yoxdur”.
 
Red: Təəssüf ki, son günlərdə daha çox sahibsiz itlərin küçənin ortasında insanların gözü önündə öldürüldüyü iddia edilir. Təbii ki, bu həm gigiyenik baxımdan, həm də insanlıq üçün xoş səhnə deyil. Qurani-Kərimdə və hədislərdə itlər bir çox müsbət xüsusiyyətləri ilə təsvir olunur. bununla bağlı sizin də
 fikirləriniz maraqlıdır.
 
“Düzdür, it mundar heyvanlar siyahısındadır. Lakin bu heyvanın özünəməxsus xüsusiyyətləri var Həmin xüsusiyyətlər ayələr və hədislər vasitəsiylə bizlərə gəlib çatıb. Orada itlər haqqında müsbət xüsusiyyətlər özünü əks etdirir. Buna Quranı-Kərimin Əhsabu-Kəhf bölümünü misal gətirmək olar. Orda itin möminlərə qoşulub mağaraya getməsi, yəni onun sədaqət baxımından belə müsbət xüsusiyyətləri  qeyd olunub.Hətta ov iti, onu saxlamaq, təlim görmüş it ki, məsələn; ov üçün göndərilir və ovu tutub gətirirsə, həmin şikar halal sayılır. Yəni dinimizdə itlər haqqında belə müsbət baxışlar var. Amma hər bir halda əgər bu canlı bir zaman insanın həyatı və malı üçün təhlükə olarsa, yəni ondan ziyan gələrsə onu  zərərsizləşdirmək, öldürmək icazəlidir.
Lakin cəmiyyət içərisində sahibsiz heyvanları kütləvi şəkildə vəhişəcəsinə qətl etmək xoşagəlməz bir səhnə yaradır.Bu  cür hallar İslam dini tərəfindən də pislənilir. Hər halda it vəfalı bir heyvandır. O da canlıdır, onu saxlamaq, məsələn, heyvanların (sürünün ) qorunması üçün və yaxud d a insan öz təhlükəsizliyi üçün onu saxlayırsa bununda heç bir eybi yoxdur. Alimlərin həyatında da olub ki, hansısa bir alim itə yemək verməklə, yəni ac itə və onun balalarına yemək verməklə müəyyən bir dərəcələr əldə edib. Həmin alim deyir ki,mən ona yemək verməklə hiss etdim ki, göyə sarı baxır və səs çıxarır, mənim üçün dua edir. Mən də sonra müəyyən dərəcələr əldə etdim. Həmin xidmətin sayəsində o dərəcələrə çatdım. Ümumiyyətlə heyvanlara diqqət, qayğının İslam dinində öz yeri var. Yenə də təkrar edirəm, iş o yerə gəlib çatsa ki, it yaxudda bu kimi zərər verən heyvanlar insan həyatı üçün təhlükə törədərsə, onların zərərsizləşdirməyin heç bir eybi yoxdur”.
Xatun Etibarqızı 
Hədəf14.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button