Oktyabr 23bu gün, – oktyabrın 23-də QMİ-nin keçmiş məsulu Hacı Mircəfər Eyyubov da səhər saatlarında DTX-ya dəvət olunub. Bur neçə saatlıq ifadəsi alındıqdan sonra M.Əyyubov sərbəst buraxılıb.
Xatırladaq ki, Hacı Mircəfər Eyyubov 2020-ci ilədək QMİ Qazilər Şurasının üzvü və Təzə Pir Məscidinin axundu kimi fəaliyyət göstərib. Ötən il koronavirus məhdudiyyətləri çərçivəsində məscidlərə 50 nəfərdən artıq şəxsin ibadət məkanlarına buraxılmamasına etiraz olaraq M.Eyyubov QMİ-dəki postundan istefa verib.
Xatırladaq ki, oktyabrın 23-də ruhani Hacı Vasif Nəftullayev də DTX-ya dəvət olunub. Onun barəsində hələki hər hansı məlumat verilmir.