ArxivXəbər lentiXəbərlər

İlahiyyatçı Z.Mikayılzadədən xəbər var

Dünən Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçı Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib.

Bu haqda İslamazeri.az-a ilahiyyatçının vəkili Rüstəm Zülfüqarov məlumat verib.

Vəkilin bildirdiyinə görə, dünən Nəsimi Rayon Məhkəməsində Zülfüqar Mikayılzadənin həbs müddətinin ev dustağlığına buraxılması haqqında iclas keçirilib.

Məhkəmə ruhaninin ev dustağlığına buraxılmasına “yox” deyib.

Bu gün isə, bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilib.

İlahiyyatçının vəkili Hacı Zülfüqar Mikayılzadənin səhhətinin və ruhiyyəsinin yaxşı olduğunu, bütün möminlərə salam dediyini və Novruz bayramı münasibətilə təbrik etdiyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button