İlgar İbrahimoglu:İslam dünyasında son günlər ən çox müzakirə olunan şəxs – Şəhid Muhəmməd Əli Hücəcidir

Bilməyənlər üçün qısa məlumatlandırma verək.
Həzrət Zeynəb (s) hərəminin müdafiəsinə gedir. Öncədən, ailəsi və yaxınları ilə sözün tam mənasında vidalaşır. Böyük rəşadətlər görsədir. Əsir düşür. Vəhhabi İŞİD canilərinin əsirliyində yüksək mətanət göstərir.
Təkfirçilərin çəkdikləri kadrlarda ekrana vüqarlı baxışı ilə dostları sevindirir və düşmənlərin ürəyinə dağ çəkir.
Başı kəsilmiş halda öz əzizlərinin sevgi dolu əhatəsində torpağa tapşırılır. Müctəhidlərin dili ilə desək, Allahın hüccətinə çevrilir.
Şəhid Hücəcinin həyat uğurunun sirri çox sadədir. O, həyatda onu hər hansı asılı vəziyyətdə saxlaya biləcək bir mövzu saxlamır.
Eynilə Şəhid Çamran kimi. Onun “Şəhidliyi qəbul etmək məni azadə etmişdir. Mən öz azadlığımı heç nəyə, hətta öz həyatıma deyişmək istəmirəm” cümlələri böyük nurani üfüqlər açır.
Uca Allahdan hər birimizi asılılıqlardan azadə bir həyat diləyirəm.