ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İslamçı məhbus xəstəxanaya yerləşdirilib

 dindarlar polisin işgəncə tətbiq etməsinə və hüquq-mühafizə orqanları əməkdaşlarının Allaha küfür etməsinə etiraz edirlər.

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan iki dindar mayın 23-də mətbuat konfransında təhlükəsizlik qüvvələrinin işgəncələri və Allahı təhqir etdikləri barədə danışıblar.

Aclıq nəticəsində iştirakçılardan biri, Cabbar Cabbarovun vəziyyəti kəskin pisləşib, o, qan qusmağa başlayıb və həbsxana xəstəxanasına yerləşdirilib.

Turan İnformasiya Agentliyi “Müsəlman Birliyi” Hərəkatına istinadən yazır ki, Bağırzadə ilə yanaşı, təşkilatın üzvləri Abbas Hüseyn, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Gəncə işi üzrə mühakimə olunmuş Firudin Zeynalov və jurnalist Polad Aslanov aclığı davam etdirirlər.

Turan bildirir ki, penitensiar Xidmətdə aclıq barədə məlumatı şərh etməyiblər, ancaq Cabbarovun müalicə müəssisəsinə köçürüldüyünü təsdiqləyiblər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button