AktualAktualArxivXəbər lentiXəbərlər

İlham Əliyev hökumət aparatında islahat etməlidir

Beynəlxalq münasibətlər üzrə ekspertin fikrincə, Bakı dövləti öz milli maraqlarını qorumaq üçün islamçı liderlərə qarşı təzyiqlərə son qoymalıdır, təfriqə və dindarlara qarşı təzyiq edən dairələrdə islahat aparmalıdır.
Qafqaz Mədəniyyət Mərkəzi – Beynəlxalq münasibətlər üzrə ekspert Qəhrəman Nurani “Təsnim”-in müxbirinə verdiyi açıqlamasında Azərbaycan Respublikasında dini liderlərə təzyiqlər ardınca olan anti-İslam dairələrin aradan qaldırılmasının zəruriliyini vurğulayıb və bildirib ki, İlham Əliyev hökumət aparatında islahatlar həyata keçirməlidir. Ekspert deyib ki, bu ölkə öz başı üzərində Rusiyanın təhdidlərini hiss edir. Üstəlik, Bakı, Qababağ məsələsində Avropa dövlətlərinin və Amerikanın öz sözünə əməl etməməsinin şahidi olmuşdur.
Q. Nurani Azərbaycanda islamçı liderlərə qarşı mövcud təzyiqlərə toxunaraq deyib: “Qeyd olunan durumda bu kimi hərəkətlər Azərbaycanın xeyrinə deyil və İslam camiəsində bu ölkəyə qarşı bədbinlik yaradır. Bu məsələdən Ermənistanın öz xeyrinə faydalanması da mümkündür. Üstəlik, bu sayaq əməllər təfriqə xarakteri daşıyır.”
Azərbaycanın vəhdətə ehtiyacı olduğunu vurğulayan ekspert deyib: “Azərbaycan 2017-ci ili ölkədə İslam Həmrəyliyi İli adlandırdı. Ona görə də belə nəzərə gəlir ki, Azərbaycan Respublikasının prezidenti ötən il keçirilən referendum və bunun ardınca yeni postlara təyinatlardan sonra hökumət aparatında islahat həyata keçirməlidir.”
Politoloq Azərbaycanın hökumət orqanlarında islahatın lüzumuna təkid edərək deyib: “Bu ölkədə yadların ideologiyasının təsiri altında olub təhlükəsizlik, məhkəmə və siyasət aparatlarında çalışanlar vəzifəsindən uzaqlaşdırılmalıdır. Azərbaycan xalqının sələfi-vəhabi və gülənçi nurçular kimi təhlükələrlə üzləşdiyi bir vaxtda əhaliyə ayıq-sayıqlıq gətirən, onları düzgün İslam yönəldən simalar zindanda deyil, xalqın arasında olmalıdır.
Azərbaycanda milli və dini dəyərlərin bərpa edilməsində islamçı rəhbərlərdən faydalanmağın zəruriliyini qeyd edən ekspert deyib: “İslamçı liderlər ən yaxşı universitetlərdə və dini mərkəzlərdə, o cümlədən Qum Elmi Hövzəsində təhsil alıblar. Təəssüflər olsun ki, Azərbaycanın Milli Məclisi 2015-ci ildə dini qanunlara düzəliş adı ilə qəbul etdiyi qanunda çox tələskənliyə yol verdi. Bu qanuna əsasən, ölkədən xaricdə dini təhsil alanlar bu ölkədə dini mərasimlər icra edə bilməz. Elə bu əsasla da cümə namazına başçılıq etmiş bir ruhanini üç il həbs cəzasına məhkum etdilər. Bakı dövləti öz vəhdətini və milli maraqlarını təmin etmək üçün bu vəziyyətə son qoymalı, təfriqə və möminlərə qarşı təzyiq ardınca olan dairələri aradan qaldırmalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button