ArxivXəbər lentiXəbərlər
İlham Əliyev İranla imzalanmış sənədi təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış Niyyət Protokolunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinə bu Niyyət Protokolunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Niyyət Protokolunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərəcək.