ArxivXəbər lentiXəbərlər

Ağstafada prokurorun istefası tələb edilib

Noyabrın 19-da bir qrup Ağstafa sakini rayon prokurorunun istefası tələbilə prokurorluğun qarşısında aksiya keçirib. Buna noyabrın 13-də yerli sakin Tural Hacıyevin qətlə yetirilməsi səbəb olub.

Tural Hacıyevin ailə üzvləri hesab edirlər ki, rayon prokurorluğu cinayət işlərinə düzgün baxmır.

“Rayonda Samir və Fərid adlı şəxslər var, bunlar kimi istəsələr vurur, şikəst edir, xəsarət yetirir, buna baxmayaraq, azadlıqda qalırlar. Bu il noyabrın 13-də qardaşım Tural Hacıyevi qətlə yetiriblər. Camaat hesab edir ki, əgər bu şəxslər vaxtnda törətdikləri cinayətlərə görə həbs olunsaydılar qətl hadisəsi törənməzdi”, mərhumun qardaşı Tapdıq Hacıyev qeyd edib.

Onun sözlərinə görə, hazırda istintaq gedir və bu şəxslərin digər cinayətlərinin də ortaya çıxdığı deyilir.

T.Hacıyevin dediklərinə görə, həmin iki şəxs qətl hadisəsindən sonra həbs edilib.

“Qardaşımı bu şəxslər 45 manat pula görə qətlə yetiriblər. 4 ay əvvəl onlar qardaşımın maşınını əziblər. Hadisə də bunun üstündə olub”, – o qeyd edib.

Ağstafa rayon prokuroru Aslan Surxayev aksiya iştirakçılarına bildirib ki, cinayət törətmiş iki şəxsin kimliyi bəlli olub.

“Üçüncü şəxs ətrafında da istintaq-əməliyyat tədbirləri aparılır. Bu işdə kimin əli varsa, məsuliyyətə cəlb ediləcək. Valideynlərinə də söz verilib, hadisəni törədənlərə ən ağır cəza veriləcək”, – o qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button