ArxivXəbər lentiXəbərlər

İlham Əliyev Putinə zəng etdi

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevRusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
 dövlətimizin başçısı Vladimir Putinə ad günü münasibətilə səmimi qəlbdən təbriklərini çatdırıb, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Oxu.Az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button