ArxivXəbər lentiXəbərlər

İlham Əliyevlə Ərdoğan görüşdü – Foto

Fevralın 28-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
 görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib.
Enerji sahəsində həyata keçirilən layihələrdən danışılıb, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edən nümayəndə heyəti rəhbərlərinin şərəfinə verilən şam yeməyi mərasiminə də birgə qatılıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button