ArxivXəbər lentiXəbərlər
İmam Əlini (ə) təhqir edən Fox.TV önündə etirazlar (Foto)

Dünən Türkiyədə yayımlanan Fox Tv kanalında Həzrəti Əlinin adının təhqir edilməsi xəbərini vermişdik.
Bundan sonra sosial şəbəkələrdə Fox Tv-ə qarşı kampaniya başladılmışdı.
AzadXeber.az-ın məlumatına görə, 28 fevral axşam radələrində bir qrup insan Fox Tv-nin ofisi önündə etiraz aksiyası keçirib. Onlar kanalın üzr istəməsini tələb ediblər. Etirazçıların tələbindən sonra kanal rəhbərliyi təhqirə görə üzr istəyib.
Aksiya zamanı etirazçıların qaldırdığı Livan Hizbullah təşkilatına aid bayraqlar və səsləndirdikləri Hizbullah marşları diqqət çəkib.