İslamın əzəmətli xanımlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəbin (s.ə) mübarək mövludunun axşamı minlərlə zəvvar Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəminə axın ediblər.
İmamali saytına istinadən xəbər verir ki, mövlud münasibətilə İmam Əlinin (ə) hərəmində zəvvarların izdihamı müşahidə olunur. Hərəmin qızılı günbəzinə “Ya Zeynəbi Kübra(s.ə)” yazılmış yaşıl bayraq dalğalandırılıb.