Avstraliyalı İmam Əlinin (ə) həyatını araşdırarkən müsəlman olub.
Qafqaz.ir xarici mediaya istinadən xəbər verir ki, İslama gəlişindən sonra o, özünə yeni ad da seçib – “Zeynəb”.
Zeynəb Teylor təxminən 30 il öncə kəlmeyi-şəhadət gətirərək müsəlman olub.
O deyib ki, möminlərin əmiri olan İmam Əlinin (ə) həyatından olduqca təsirlənib və bu, onun İslam dini və Həzrəti Məhəmməd peyğəmbər (s) ilə maraqlanmasına və onlar barəsində araşdırmaya başlamasına, nəticədə də müsəlman olmasına səbəb olub.