İmam Həsən Müctəbanın (ə) ürəkdağlayan şəhadəti

Təbii ki, İmam (ə) bunun nə zaman baş verəcəyini dəqiq bilmirdi, belə ki, əks təqdirdə bu zəhərin içilməsinin qarçısını ala bilərdi.
Bir müddət sonra Müaviyyə çoxlu mal ilə bir yerdə öldürücü zəhəri də Cödə üçün göndərir. Ona xəbər göndərir ki, əgər bu zəhəri İmam Həsənə (ə) içizdirsə, ona yüz min dirhəm verəcək və oğlu Yezidlə evləndirəcəkdir. Ona görə də bu qadın İmamı (ə) öldürmək üçün cürət edir.
Həzrət (ə) bir gün oruc tutmuşdu və həmin gün çox isti idi və susuzluq ona təsir etmişdi. İftar zamanı çox susuzlamışdı. Həmin qadın süddən şərbət düzəldir və zəhəri də içinə tökür. Sonra İmama (ə) verir və İmam Həsən (ə) də onu içir. İçən zaman zəhəri hiss edir və buyurur: “İnnə lilləh və inna ileyhi raciun”. Sonra Allaha həmd edir ki, bu fani dünyadan cavidan dünyaya yollanır. Babasını, atasını, anasını, əmisi Cəfəri və Həmzəni görəcəkdir.
Üzünü Cödəyə çevirir və buyurur: “Məni öldürdün, Allah da səni öldürsün. Allaha and olsun ki, məndən sonra canişinin olmayacaqdır. Həmin şəxs səni aldatdı, Allah səni və onu Öz əzabı ilə xar etsin”. Həzrət Həsən (ə) iki gün məşəqqət çəkdi və şəhadətə çatdı…
Müaviyyə də həmişəki kimi vədinə əməl etmədi və vədə verdiyi pulu verdi, ancaq Yezidlə evləndirmədi. O, demişdi: “O kəs ki, Həsənə (ə) vəfa etmədi, Yezidə də vəfa etməyəcəkdir”. (İslami saytlara istinadən)