Qeyd edək ki, İsveç polisi çərşənbə günü geniş etirazlara səbəb olan və xüsusilə İslam ölkələri tərəfindən qınaqlara səbəb olan qalmaqallı hadisədə Stokholmdakı məscidin yaxınlığında Quranı yandırmağa icazə verib.
Məlumata görə, İran XİN-nin Qərbi Avropa üzrə baş direktoru İsveçdə ən əhəmiyyətli İslam dəyərinin təhqir edilməsi istiqamətində son vaxtlar atılan addımı pisləməklə yanaşı, İsveç hökumətinin susqunluğunun və bu yönümdə olduqca passiv rəftarlarının insan haqlarının əsaslı prinsiplərindən birini yəni dini və səmavi dəyərlərə hörmət prinsipini pozanların daha da cürət tapmasına səbəb olduğunu bildirib.
Həmçinin bu çıxışda bildirilib ki, bu günlərdə müsəlmanlar Həcc mərasimlərini yerinə yetirir, dini və İslami ayinlərini icra dərkən onların müqəddəsliklərini təhqir olunması yalnız söz azadlığı prinsipindən sui-istifadə edərək nifrət və zorakılığa çağırış hədəfini güdür.
Qərbi Avropanın baş direktoru İsveçdə baş vermiş bu təhqiramiz hərəkətdən öncə İran İslam Respublikasının narazılığı artıq İsveç tərəfinə çatdırıldığını vurğulayaraq qeyd edib ki, əgər İsveç bu cür təhqirlərə qarşı vaxtında addım atsaydı, indi İslam müqəddəslərinə belə bir cinayət əməlinin törədilməsinin şahidi olmazdıq.
Daha sonra o, çıxışında əlavə edib ki, İran İslam Respublikası İslam dünyasına tələblərinə uyğun olaraq dünya müsəlmanlarının müqəddəs kitabına qarşı hər bir hərəkəti yolverilməz hesab edir və bu cür tədbirlərin keçirilmısini isə qəti qadağan edir, buna görə də İsveç hökumətindən müsəlmanların mənəvi və dini dəyərlərinin təhqir olunmasının qarşısının alınmasında özünün ən mühüm vəzifəsi hesab etməsi və eləcə də bu yolda məsuliyyətlə davranması, təsir edici addım atması və öz müdafiə gücünü göstərməsi tələb olunur.
Buna cavab olaraq İsveçin müvəqqəti işlər vəkili İsveç hökumətinin islamofobiyanın hər cür formasına qarşı olduğunu vurğulamış, hazırkı vəziyyəti ən qısa zamanda ölkə rəsmilərinə çatdıracağını bildirib.
Xatırladaq ki, son illər bəzi Avropa ölkələri, xüsusən də İsveç müsəlman müqəddəslərinə qarşı amansız addımın atılmasına və təhqir olunmasına səhnə olmuş və sonda İsveç polisinin dəstəyi ilə ifrat sağçı ekstremistlərin Qurani-Kərimi yandırmasına və müsəlmanların buna qarşı etirazların zorla yatırılmasına gətirib çıxarmışdır.