Kərbəladan gələn alimlər özləri ilə birlikdə mübarək bayraq da gətiriblər
İslamazeri.az xəbər verir ki, bu gün İmam Hüseyn (ə) hərəmindən gətirilən bayraq Binə Atçılıq qəsəbəsində yerləşən İmam Cəfəri-Sadiq (ə) məscidinə gətirilib. Məscidin axundu Hacı Sadiq İmam Hüseyn (ə) hərəmindəki alimləri qonaq olaraq Azərbaycana dəvət edib. Alimlər Azərbaycana gələrkən 30 gündür İmam Hüseynin (ə) mübarək qəbrinin üzərinə sərilmiş bayrağı özləri ilə birlikdə gətiriblər. Kərbəladan qonaq gələn alimlərdən biri Səddam Hüseyn rejiminin devrilməsindən sonra zəvvarlar üçün təmin olunan təhlükəsizlik şəraitindən, azərbaycanlı möminlərin Əhli-beyt (ə) sevgisindən və digər mövzulardan danışıb. Sonda qonaq gələn alimlər məsciddəki müsəlmanlara hədiyyələr veriblər. İmam Hüseyn (ə) hərəminin bayrağı Bakıya gətirildi