ArxivIslamXəbər lentiXəbərlər
Ağcabədidə bir neçə dindar saxlanılıb

Bu barədə redaksiyamıza məlumat daxil olub
Məlumatda bildirilir ki, Ağcabədidə bir neçə gündür Cümə Məscidində azanın səsgücləndirici ilə verilməsinə maneə törədilir. Dünən şam azanında azanın yenidən səsgücləndirmə avadanlığı ilə verilməsinə görə 10-dan çox dindar polis bölməsinə aparılıb. Lakin bir müddətdən sonra saxlanılanlardan 3 nəfəri məhkəyəmə göndərilib. Digərləri isə sərbəst buraxılıb. Məhkəmə saxlanılan Seyid Nəsib və İlyasa 20 sutka, Qiyas adlı şəxsə isə 30 sutka həbs cəzası verib.
Məlumatda azanın kimlər tərəfindən qadağan edildiyi qeyd edilməyib.
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.