İmam Hüseyndən (ə) sonrakı imamlar (ə) ona əza saxlayıblarmı?

İmam Səccad (ə) Kərbəla hadisəsi ilə əlaqədar bütün ömrünü göz yaşları içində keçirdi. Ona su təklif olunanda ağlayaraq buyururdu:“Peyğəmbər oğlu susuz öldürüldüyü halda mən necə su içim?!” (“Biharül-ənvar”, c 44, s. 145.)
İmam Baqir (ə) Aşura günləri imam Hüseyn (ə) üçün əzadarlıq məclisi qurardı. Bu məclislərdən birində şair Kumeytin oxuduğu şerdən təsirlənən imam Baqir (ə) buyurur: “Var-dövlətim olsaydı, bu şerinə mükafat verərdim. Amma sənin mükafatın həzrət Peyğəmbərin (s) Həssan ibn Sabit haqqındakı duasıdır. Həzrət ona buyurmuşdu: “Biz Əhli-beyti daim müdafiə etdiyin üçün səni Ruhul-Qüdüs təsdiq edəcək.” (“Misbahul-mütəhəccid”, s. 713.)
İmam Kazim (ə) buyurmuşdu: “Elə ki, məhərrəm başladı, atam gülməzdi. Üzü kədərli olardı, məhərrəmin onunadək yanaqlarından yaş süzülərdi. Həmin gün atamın müsibəti son həddə çatar, fasiləsiz ağlayıb buyurardı: “Bu gün babam Hüseynin (ə) şəhadət günüdür””. (İmam Həsən və imam Hüseyn (ə) , s. 143.)
İmam Riza (ə) buyurmuşdur: “Elə ki, məhərrəm ayı çatdı, atamı gülən görən olmazdı. Bu vəziyyət Aşura gününədək davam edərdi. Həmin gün atam son həddə kədərlənib ağlayar və deyərdi: “Belə bir gündə Hüseyni (ə) qətlə yetirdilər. Ona Allahın salamı olsun.” (“Hüseyn (ə)” s. 56)
Kərbəla müsibəti ilə əlaqədar imam Riza (ə) buyurmuşdur: “İmam Hüseynin (ə) müsibət günü gözlərimizdən fasiləsiz yaş axar, göz qapaqlarımız yara olardı.” (“Biharül-ənvar”, c. 44, s. 284.)
Rəvayətlərə görə, əsrin imamı (ə) babasının şəhadətinə görə ağlayır. (“Biharül-ənvar”, c. 101, s. 320.)