
Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarından bir qrupu bu ölkənin parlamentinə yeni layihə təqdim etmişdir. Bu layihə təsdiq olunacağı surətdə Azərbaycanda dini fəaliyyətlər məhdudlaşacaq. Təklif olunmuş yeni maddəyə əsasən, ibadətgahlardan kənarda dini təbliğ qadağan olunacaq.
Bu qadağalar pozulduğu təqdirdə, vətəndaşlar 2000 manatdan 2500 manata qədər, vəzifəli şəxslər 8000 manatdan 9000 manata qədər, hüquqi şəxslər isə 20000 manatdan 25000 manata qədər cərimə olunacaq.
Bu layihənin təqdim olunmasından belə çıxır ki, Azərbaycan Respublikasının sekülarları İmam Hüseynin (ə) şəhadət günlərinin yaxınlaşması ərəfəsində bu ölkənin şiələrini hədəfə alıblar. Məhərrəm ayı və əzadarlıq günləri astanasında parlamentin bir sıra sekülar deputatları belə bir layihəni təqdim etməklə şiələrin məscidlərdən kənarda əzadarlıq etmələrinə mane olmağa çalışırlar. Ötən il bu ölkənin şiələri şəhərin əsas prospektlərində və (məscidlərin cəmiyyət tutumu az olduğundan) məsciddən qıraq yerlərdə keçirilən əzadarlıq mərkəzlərində İmam Hüseyn (ə) bayraqları dalğalandıraraq ölkədə dini ab-hava yaratdılar. Bu da Bakı hakimiyyətini qorxutdu. Ona görə də sözügedən layihə ilə şiələrin əzadarlığına maneə yaratmağa cəhd edirlər.
Sovetlər İttifaqının yaranmasından sonra Azərbaycan Respublikasının bütün məscidləri bağlandı və kommunistlər Azərbaycan SSR-də dini mərasimlərin keçirilməsini yasaqladılar. Həmin dövrdə bu ölkənin şiələri kommunistlərin təzyiqlərinə baxmayaraq xüsusi və gizli məclislər təşkil edərək Əhli-Beytə (ə) olan sevgilərini göstərirdilər. Azərbaycan Respublikasının müstəqilliyindən sonra şiələr məscid və hüseyniyyələrdə dini mərasimlərini azad şəkildə keçirə bildilər. Lakin mərasimlərdə iştirak edən cəmiyyətin çoxluğuna görə artıq bu mərasimləri məscidlərdə keçirmək mümkün olmadı. Ona görə də ötən ildən başlayaraq şiələr Tasua və Aşura günlərinin mərasimlərini küçələrdə keçirmək qərarına gəldilər. Onların küçələrdə izdihamı və İmam Hüseyn (ə) bayraqlarının dalğalanması Bakının sekülar dövlətini vahiməyə saldı. İlk addımı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ataraq dini mərasimlərin küçələrdə keçirilməsini və məscidlərdən kənar yerlərdə İmam Hüseyn (ə) bayraqlarının dalğalanmasını qeyri-qanuni adlandırdı. Halbuki, ölkədə bunu qadağan edəcək bir qanun yox idi. Ona görə də indi İmam Hüseynin (ə) şəhadət günlərinin yaxınlaşması astanasında bu ölkənin parlamentinin bir qrup sekülar deputatı dövlət komitəsinin bu yasağına qanun donu geyindirmək istəyirlər.
Sözsüz ki, Azərbaycan müsəlmanları birlik göstərəcəyi və özlərinin dini mərasimlərini məscidlərdən kənar mərkəzlərdə keçirəcəyi surətdə Bakı dövləti onların hərəkətinin qarşısını ala bilməyəcək.
Belə dini mərasimlərin prospektlərdə keçirilməsi xalis İslam dininin təbliği üçün gözəl imkan və şiələrin gücünün nümayiş etdirilməsidir. Azərbaycan Respublikası şiələrinin qorxmamaları, bütün imkanlardan, xüsusilə də sosial şəbəkələrdən istifadə etməklə müsəlmanları Tasua və Aşura mərasimlərinə dəvət etmələri, İlham Əliyevin anti-din dövlətindən qorxunu sındırmaları zəruridir.