İmam Rıza (ə) isə o həzrətin yad edildiyinə və quracağı dövlətindən söz getdiyinə görə ayağa qalxaraq əlini başına qoyub qarşıya əyir.
Qafqaz.ir məlumatına əsasən, mərhum Mühəddis Qumi “Əməlul- amal” kitabına istinadən yazır:
Alimlərdə biri İmam Rızanın (ə) şəhadəti ilə əlaqəar bir kitab yazıb. Orada göstərilir ki, Debel Xuzaii öz qəsidəsini imama oxuduqda on ikinci imamın yad edildiyi beytə çatır. O zaman İmam Rıza (ə) ayağa qalxır və başını bir qədər aşağı əyir, sonra sağ əlinin ovucunu öz başına qoyur. Belə bir vəziyətdə deyir: Allahım, onun zühur və xüruc zamanını tezləşdir. Onun vasitəsi ilə bizə kömək et, misli görünməyən bir kömək.
Maraqlısı budur ki, şiələrin böyük şairi olan Debel bu şerində on ikinci imamı hər hansı bir ad və ləqəbi ilə deyil, yalnız qiyam edəcəyi ilə şerə çəkir, zühurun müqəddəs günlərini xatırladır. İmam Rıza (ə) isə o həzrətin yad edildiyinə və quracağı dövlətindən söz getdiyinə görə ayağa qalxaraq əlini başına qoyub qarşıya əyir. Belə bir halda zühurun tezləşməsi üçü dualar edir.
Bu əməl İmam Rızanın (ə) zühur və Həzrət Mehdiyə (ə) olan dərin məhəbbətin ifadəsidir. Məsum imamların əməl və sözləri hamı üçün nümünə olmalıdır. Məhz buna görə də, Həzrət Mehdinin (ə) adı gəldikdə İmam Rıza (ə)- ın etdiyi kimi etməli və onun və quracağı ideal ilahi dövlətin intizarını çəkdiyimiz ifadə edəcək tərzdə ayağa qalxıb…öz məhəbbət və əqidəmizi nümayiş etdirməliyik.