Bu gün çərşənbə, 1436-cı hicri qəməri ili zilqədə ayının 11-i, 2015-ci il avqustun 26-ı, dünya şiələrinin səkkizinci imamı, Həzrət Əli ibn Musa əl-Rzanın (ə) mövlud günüdür.
Dünya şiələrinin səkkizinci imamı 148-ci hicri qəməri ili zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya göz açıb.
Şiələrin səkkizinci imamının ( ə) fəzilətlərindən belə nəql olunubdur ki, öz zamanında Həzrət İmam Rzadan (ə) elmli bir şəxs olmayıb və Məmun daim müxtəlif suallarla o həzrəti imtahana çəkərdi və İmam (ə) onun suallarını cavablandırardı.
Əziz və hörmətli möminlər! www.Maide.az saytının əməkdaşları adından 8-ci imam həzrət İmam Əli ibn Musa əl-Rzanın (ə) doğum günü münasibəti ilə hamınızı təbrik edir, Uca Allahdan sizlərə o həzrətin dünyada ziyarətini, axirətdə isə şəfaətini əta etməsini diləyirik. /