ArxivIslamXəbər lentiXəbərlər

Corc Cordaq inanırdı ki: İmam Əli (ə) təkcə öz zəmanəsi üçün deyil, bütün bəşəriyyət üçün söz deyib

Əhməd Məscid Camei: Corc Cordaq İmam Əlini (ə) fövqəlzaman və məkan bir şəxsiyyət sayır və inanırdı ki, İmam Əli (ə) təkcə öz zəmanəsi üçün deyil, bütün bəşəriyyət üçün söz deyib.
Corc Cordağın bir mütəfəkkir və yazar kimi İmam Əli (ə) məfkurəsinin yayılmasında çəkdiyi zəhmətlərin qarşılığı olaraq Qədir-Xum bayramı günlərində Tehranda Livanın səfirliyi ilə üz-üzə olan keçidlərdən birinə onun adı verildi.

Əhməd Məscid Camei – Tehran şəhəri İslam Şurasının üzvü, Tehranda şəhərdaxili keçidlərdən birinə Corc Cordaqın adının verilməsi mərasiminin haşiyəsində İQNA-nın müxbirinə verdiyi müsahibədə “İmam Əli (ə) ədalətin səsi” kitabının Livanlı və məsihi müəllifi barədə dedi: Corc Cordaq inanırdı ki, Əmirəl-Möminin İmam Əli (ə) fövqəlməkan və föqəlzaman bir insandır və O (ə) danışarkən təkcə öz zəmanəsi üçün deyil, bütün bəşəriyyət üçün söz deyib.

Əhməd Məscid Camei – Tehran şəhəri İslam Şurasının üzvü, bu livanlı yazarın şəxsiyyəti barədə danışarkən dedi: Məsihi mütəfəkkir mərhum Corc Cordaqın İmam Əliyə (ə) qarşı o qədər eşq və şövqi var idi ki, İmam Əli (ə) barədə yazarkən onun şəxsiyyətinə zaman, məkan, din və məzhəb fövqündə baxdı. Və elə bu baxış tərzi səbəb oldu ki, o, İslam dünyasında çox maraqla və görünməmiş bir qarşılama ilə qarşılansın.

Tehran şəhəri İslam Şurasının üzvü Corc Cordaqın İmam Əli (ə) barədə yazdığı kitaba işarə edərək dedi: Cordaq bu kitabda tam ciddiyyəti ilə çalışmışdır ki, İmam Əli (ə) şəxsiyyətinin bəşər tarixində tanınmış şəxsiyyətlərin hamısından üstün olduğunu göstərsin.

Əhməd Məscid Camei – Tehran şəhəri İslam Şurasının üzvü, “Tehranda Corc Cordaqın adının keçidlərdən birinə verilməsi müsəlmanlar və məsihilər arasındakı dini və ictimai münasibətlərdə nə kim təsirə malik ola bilər?” sualının cavabında dedi: Bu məsələ bir çox müsbət təsirlərə malikdir, xüsusilə də ki, mərhum Corc Cordaq Livanda dini sahədə cərəyanda olan bir hərəkətin nümayəndəsidir və bu hərəkət dinlərin ruhuna xüsusi diqqət edir.

Qeyd edək ki, livanlı yazar Corc Cordaq 30-dan çox əsərin müəllifidir ki, bunlardan İmam Əli (ə) barədə yazılan 5 cild əsəri daha çox məşhurlaşıb ki, ibarətdirlər: İmam Əli (ə) və insan haqları, İmam Əli (ə) və Fransa inqilabı, İmam Əli (ə) və yaşadığı zəmanə, İmam Əli (ə) və ərəb tayfaçılığı. Bu kitablar “İmam Əli (ə) insanlıq ədalətinin səsi” adı ilə məcmuə şəkilində çap edilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button