ArxivIslamXəbər lentiXəbərlər
İmam cümə, Hacı Rasim xümsün əhəmiyyətindən danışıb (Foto)

Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, imam-cümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılınıb.
Cümə namazından əvvəl mənəvi və ictimai olmaq üzrə imam-cümə iki xütbə söyləyib.
Birinci xütbəsində özünü və camaatı ilahi təqvaya riaət etməyə dəvət edən Hacı Rasim xüms haqqında danışıb.
Xüms bizdən əvvəlki ümmətlərdə də olduğunu deyən imam-cümə ayə, hədis və tarixi faktlara istinad edərək xümsün önəm və əhəmiyyətindən danışıb.
Deyibdir ki, xümsün yarısı İslamın inkişafına, yarısı isə möhtac olan Peyğəmbər (s) balalarına sərf olunmalıdır.