Qafqaz.ir “KHAMENEI.IR”ə istinadən xəbər verir ki, Ayətullah Xamenei İmam Xomeyninin (rəh) vəfatının 32-ci ildönümü münasibətilə İran xalqının qarşısında çıxış edəcək.
Bu proqram iyunun 4-də cümə günü saat 11:00-da İran İslam Respublikasının Radio və Televiziyasının kanallarında, KHAMENEI.IR veb saytında, səhifələrində və sosial şəbəkələrdə canlı yayımlanacaq.
İslam İnqilabının böyük qurucusunun vəfatının ildönümü hər il Ayətullah Xameneinin İmam Xomeyninin müqəddəs ziyarətgahında çıxışı ilə qeyd olunurdu. Koronaya Qarşı Milli Qərargahın sağlamlıq təlimatlarına görə bu il də, müqəddəs ziyarətgahda keçirilməyəcək.