İmam Zaman (əccələllahu fəracəh) ağanın duası

Səyyid bin Tavus (rahmətullahi ələyh) demişdir:
Samirrada gecə imam Zaman (əccələllahu fəracəh) ağanın sərdabina daxil oldum.
İmam Zaman (əccələllahu fəracəh) ağanın Allah ilə münacat səsini eşitdim ki, deyirdi:
İlahi! Bizim şiələrimiz bizdəndir, bizim palçığımızın artığından xəlq olublar və bizim vilayətimizin suyu ilə qarışıblar.
İlahi! Onları Qiyamət günündə bizim dostluğumuza və bizim vilayətimizə xatir bağışla və günahlarını əfv et.
İlahi! Onları bulaşdığı günahlarına görə bizim hörmətimizin xatirinə əzablandırma və Qiyamət günündə bizim düşmənlərimizin gözümün qarşısında onlardan qisas alma. Necə ki, əməllərinin çəkisi tərəzilərində yüngüldür, onu bizim əməllərimizin fəzilətinə ağırlaşdır.
Biharul-ənvar. Cild-53. Səh-302.
qafqaz.ir/az