İmperialistlərlə siyasi, yumşaq, intelektual və hərbi müharibə şəraitindəyik

Çıxışı zamanı imperialistlərlə müharibəyə işarə edən Ayətullah Xamenei deyib: “Diqqətdən qaçırmaq olmaz ki, İslam Respublikası imperialistlər cəbhəsi ilə siyasi, intellektual, yumşaq və sərt müharibə şəraitindədir”.
“Reallıq ondan ibarətdir ki, bu gün İranın qarşısında hər növ vasitə, hiylə və imkanlardan istifadə edərək İslam dövlətinin geri çəkilməsi və təslim olmasına çalışan geniş və çox böyük zülm, küfür və imperialist cəbhəsi dayanır. Əgər onların qarşılarına qoyduqları məqsəd reallaşsa, bu, gələcəkdə ölkə üçün çox baha başa gələcək. Əlbəttə, Allahın lütfü, xalqın ayıqlığı və müqaviməti sayəsində imperialist cəbhə bu məqsədinə çatmayacaq”, -deyə o əlavə edib.
İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən deyib: “Qeyd edilən gerçəklərin məcmusu İslam dövlətinin mədəni, sosial, hərbi və digər sahələrdə düşmən chbəsinə qalib gəlmək üçün çox yüksək potensiala malik olduğunu göstərir. Bu aydın reallıq ürəklərdə həqiqi ümid yaradır”.