AktualAktualArxivIslammədəniyyatQadin və hicabSosialXəbər lentiXəbərlər
İngiltərədə hicablı qadın məhkəmə hakimi seçildi

İngiltərədə məhkəmə hakimi seçilmiş hicablı müsəlman qadın Medlandda region prokurorunun müavini kimi öz işinə başlayacaq.
Qafqaz Həqiqətləri “Sputnik”-ə istinadla xəbər verir ki, “St. Mary’s Chambers” hüquq təşkilatı İngiltərədə ilk müsəlman qadının hakim seçilməsi barədə yazıb: “Rafiya Ərşəd İngiltərədə ilk müsəlman və hicablı məhkəmə hakim olaraq vəzifəyə seçildi. O, yaxın günlərdə Medlandın mərkəzində region prokurorunun müavini kimi öz işinə başlayacaq.”
Xanım Rafiya Ərşəd 1999-cu ildə hüquqi məsləhətlər təqdim etmək üçün yaradılmış “St. Mary’s Chambers” təşkilatının üzvüdür və o, ailənin İslam hüququ məsələləri və İslam qanunları üzrə ekspertdir.