ArxivXəbər lentiXəbərlər

İran, Azərbaycan və Rusiya prezidentlərinin Bakı görüşü xeyli önəmli olacaq

Azərbaycan Ədalət Partiyasının sədr müavini İran, Azərbaycan və Rusiya prezidentlərinin Bakıda baş tutacaq görüşünü son dərəcə önəmli dəyərləndirib.

Mütəllim Rəhimli Beynəlxalq Səhər Kanalının Bakıdakı müxbiri ilə müsahibədə İran və Rusiyanın regiondakı roluna işarə edərək, deyib: Bu görüşlər regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə habelə, 3 ölkə arasında əlaqələrin inkişafına müsbət təsir etmiş olacaq.

M.Rəhimli həmçinin deyib: ölkə başçılarının iki və üçtərəfli görüşləri Qarabağ münaqişəsinin həllinə də yaxşı təsir bağışlayacaq.

Ədalət Partiyasının sədr müavini şimal-cənub dəhlizinin önəminə də diqqət çəkib və deyib: Bu məsələ İran, Azərbaycan və Rusiya prezidentlərinin görüşündə də gündəmə gətirilə bilər. Bu arada Azərbaycan tranzit ölkəsi olmasına görə, şimal-cənub dəhlizinin təkmilləşdirilməsindən faydalana bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button