İnsanın ikinci həyatı da küfr tamamilə məhv olduqdan və ədalət bərpa edildikdən sonar zühur dövründə baş verəcəkdir
Quran-Kərim nurlu bir çırağdır ki, nazil olduğu vaxtdan 14 əsr zaman keçməsinə baxmayaraq hələ də tarix boyunca haqq axtarışında olanların yollarını işıqlandırır və gələcəkdə də işıqlandıracaq. Bu səmavi və müqəddəs kitabda insanlara parlaq və xoşbəxt bir gələcək vədə verilməkdədir. Bu xoşbəxtlik haqq din olan İslamın qələbəsi ilə həyata keçəcəkdir. Quran ayələrində işarə olanunan bu vədənin, dünyada ədalət dövlətinin qurulması, hədislərdə İmam Mehdi (ə.f) və onun saleh dostları və köməkçiləri tərəfindən həyata keçəcəyi də bəşarət verilib.
Bir sıra “Mehdiçilik” silsilə dərslərində Mehdiçik maarifi və İmam Mehdinin (ə) qiyamı ilə bağlı ayələrdən ən mühüm nöqtələr çıxarılıb və təfsir olunmuşdur ki, bunlardan bəziləri oxucularımız təqdim edəcəyik.
Bu ayələrin kənarında həmin ayələrin təfsiri haqqında deyilmiş bəzi rəvayətlər də açıqlanıbdır.
Bu ayələrin təfsiri “Mehdiçilik üzrə ixtisaslaşmış mərkəz”in tədqiqatçıları tərəfindən həyata keçirilmişdir.
Allah Quranın Hədid surəsinin 17- ci ayəsində buyurur ki, yer üzününü həqiqi həyatı yenidən baş verəcəkdir:
اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ
“Bilin ki, həqiqətən Allah yeri ölümündən sonra dirildib ona həyat verəcəkdir. Həqiqətən Biz bəlkə düşündünüz deyə, (Özümüzün tovhid və əzəmət) nişanələri(mizi) sizin üçün aydınlaşdırdıq”.
İmam Baqir (ə) bu ayə barəsində buyurur: Uca Allah yer üzünü, öldükdən sonar, Qaim (ə.f) vasitəsi ilə dirildəcəkdir. Ölməkdən məqsəd yer sakinlərinin küfrüdür. Kafir elə həmin ölüdür.Quranın Hədid surəsinin bu ayəsindən məlum olur ki, yer üzününü həqiqi həyatı yenidən baş verəcəkdir, insanın ikinci həyatı da küfr tamamilə məhv olduqdan və ədalət bərpa edildikdən sonar zühur dövründə baş verəcəkdir. Bu qaçılmazdır.