ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İnsanlar Allaha durmadan şükür etməlidir – Ramazanın 6-cı gününün duası

Uca Allah biz insanların bütün eyiblərini bu dünyada digərləri qarşısında örtür və onların gizli qalmasını istəyir…

Uca Allah biz insanların bütün eyiblərini bu dünyada digərləri qarşısında örtür və onların gizli qalmasını istəyir. İnsanlar da bundan sui-istifadə edib, günaha can atmamalı, əksinə, eyiblərini aşkara çıxarmadığı üçün Allaha şükür etməlidirlər.

Qafqaz.ir  xəbər verir ki, bu gün müqəddəs Ramazan ayının altıncı günüdür.

Bu gün üçün nəzərdə tutulan ilahi münacatda insanlara Allaha durmadan şükür etmək tövsiyə olunur.

Ramazanın altıncı gününün duası belədir:

“Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la tədribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.

Tərcüməsi:

İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlülərin arzusunun müntəhası!

Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı “İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi”dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button