Səmimi və riyakar insanların fərqləri

RİYAKAR VƏ SƏMİMİ İNSANIN FƏRQLƏRİ
Riyakar adamlar yalnız güc-qüdrət sahiblərinə hörmət edərlər
Səmimi insanlar hörmətə layiq olan hər kəsə sayğı göstərərlər.
***
Riyakar adamlar özgələrini tənqid edər ki, onların kölgəsində özlərini nümayiş etdirsinlər.
Səmimi insanlar, əksinə, başqaları ilə fəxr edir, yeri gələndə uğurlarını təqdir edir və tərif söyləyirlər.
***
Riyakar adamlar həmişə qeybət edərlər
Səmimi insanlar isə çəkinmədən öz fikirlərini deyərlər.
***
Riyakar adamlar yalnız özlərinə sərf edəndə köməklik edərlər
Səmimi adamlar isə həmişə təmənnasız yardım edərlər.
***
Riyakar adamlar yeri gəldi-gəlmədi özlərindən danışarlar.
Səmimi insanlar uğurlarını belə, gizlədərlər.
***
Riyakar insanlar həmişə özgələrinin diqqətini cəlb etməyə çalışırlar. Diqqətsizlikdən şikayət edirlər. Onlara diqqət etsinlər deyə, cinayət belə, edərlər.
Səmimi adamlar isə başqalarının xoşuna gəlmək üçün heç bir zəhmət çəkimirlər.
***
Riyakar adamlar çox danışıb, az iş görərlər
Səmimi adamlar isə həmişə verdiyi sözü tutarlar.
***
Riyakar adamları tərifləsələr, çox iş görərlər. Tənqid olunsalar, yaxud diqqətsiz qalsalar, həvəsdən düşərlər.
Səmimi insanlar heç bir danlağa və tərifə fikir verməz, öhdələrində olana əməl edərlər.