ArxivXəbər lentiXəbərlər

“Kanal 13” internet televiziyası direktorunun həbs müddəti artırıldı

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Nəsimi Rayon Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Bu barədə Report-a onun vəkili Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Orucovun barəsində seçilmiş həbs-qətimkan tədbiri üç ay müddətinə artırılıb.

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, məhkəmə onun barəsində 30 sutka inzibati həbs cəzası qərarı çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button