
Yenə də qəm-kədər mövsümü gəlib çatdı. Solğunluq və qəm tozu nərgiz, lalə
və məryəm gülünün simasına kölgə saldı.
İndi mavi səma yenə matəm rənginə boyanıb.
Çünki Günəşin qan dəryasında süqutuna şahiddir.
Ulduzlar, fələklər və onda olanlar
kainatın gizli və aşkar olan hər bir zərrəsi Məhərrəmin qızıl xəncərə bənzər Ayının
çıxması ilə göz yaşı axıtdı.
“Vay məzlum”, “vay Hüseyn” fəryadları
göydən yerə qədər hər yeri bürüdü.
Cənnətin huriləri Peyğəmbərin qızı, şəhidlər anası Zəhrayi-Mərziyyəni (s.ə) dövrələyib matəmə əyləşdilər.
Sara, Məryəm və Hacər də bir daha azadlıq sərvəri,
mərdlik, alicənaləq, şərafət, paklıq örnəyi,
tam bir məzlumluq və fədakarlıq nişanəsinin matəmində
mələkut əhlinə qoşularaq, onlarla birlikdə nalə etsinlər.
Bəli, bura Kərbəladır
Bəla ilə dolu bir səhra
Çölləri tutmuş lalələrin arxasında
Eşq bazarı və aşiqlər
Səmavi bir yer
Canların alınıb-satılan yeri
Teşnə halda azaqlıq və hürriyyətlərini qoruyub
Ürəklərinin yaralarına məlhəm qoysunlar
Eşqlə dolu ürəklərinə
Susuzluqla od vursunlar
Bəli, bura Kərbəladır
Kərbəla yaranış aləminin gözəl məktəbidir.
Aləmin həqiqi mərifət axtaranları
Mərifət zülalı ilə
gözlərini, qəlblərini paklayalar
Və həqqul-yəqin ayələrini
arifanə tilavətlə və Günəşin görünməsini qızıl teştdə təfsir edələr
Bəli bura
o ali məktəbdir ki, daxil olan zaman qeyrət imtahanı verməlisən
qollar kəsilməli, göz nizə cəfası görməlidir
Dəmir əmud zülmü ilə sınmış baş zəmanət olmalıdır.
Bura əhd-peyman, fədakarlı öyrədilən məktəbdir
Bura Aşura məktəbinin təlimlərini
Dünyanın azadfikirli insanlarına çatdırmaq üçün
hər əsrdə bütün peyğəmbərlərdən əhd-peyman alınan məktəbdir.
Bura o məktəbdir ki, onun şagirdləri
kiçikdən böyüyə
Südəmərdən cavana
Qadından kişiyə, tabedən rəhbərə qədər
hamı və hamı əsgərdən komandirə qədər
öz əhdlərinə sadiqdir.
Başlarından keçirlər ki, Günəş həqiqətə saçsın və səmanı haqq nuru ilə işıqlandırsın.
Bura həmin yerdir ki, onun sakinləri həqiqətlər qəlbinin zülmə təslim olmaqla uyğunluğu olmadığını bilirlər.
Onların pak həyat lüğətində Zati Baqi və Həyyin razılığına təslim olmaqdan və simu-zərdən ötəri zülm edənlərlə mübarizədən başqa bir şey yoxdur.
Şəhadətin qırmızı səhifəsi, eşqin kəbəsi, yaradılışın qırmızı kamanı, eşqin kətibəsi
və o yer ki, bəşərin ən böyük ilahi mübarizəsi orda yarandı
və hikmət fəratın öz ağuşunda və eşq dəryasında böyüdü.
Ta aləmin müştaq və şeydalı ürəklərinin ahənrübası oldu.
Hüseynçi olmaq və hüseynçi qalmaq
Hər zaman əbədi yadigar olsun
Dünyanın pak düşüncəli insanları üçün sonsuz sərmayə olsun.
Ta zər əshabı Əbuzər əshabı ilə hiyləylə əməl edə bilməsin və hökmranlıq edə bilməsin.