Ermənistan Mülki Aviasiya Komitəsi (KAC) “Flyone Armenia” hava yolları İrəvan-İstanbul reysi üzrə qeyri-müntəzəm uçuşlar həyata keçirəcək.
Erməni mediası xəbər verir ki, aviaşirkət müəyyən edilən marşurut üzrə həftədə 3 reys həyata keçirəcək.
Ermənistan Mülki Aviasiya Komitəsindən bildiriblər ki, Türkiyənin “Pegasus” aviaşirkətindən İstanbul-İrəvan uçuşları həyata keçirmək üçün onlara müraciət daxil olub və hazırda bu sorğuya baxılır.