Aktual

İlham Əliyevin prezidentliyə namizəd olması qanunsuzluqur

Bu sözləri Müsavat başqanı İsa Qəmbər açıqlamasında YAP-ın İlham Əliyevin naqmizədliyini üçüncü dəfə irəli sürməsinə münasibət bildirirkən deyib.

Müsavat başqanının sözlərinə görə, bu, eyni zamanda Azərbaycan Konstitusiyasına zidd bir addımdır: “Beynəlxalq normalara ona görə ziddir ki, bir nəfərin 3-cü dəfə prezident vəzifəsinə gəlməsi keçmişin qalığı kimi dəyərləndirilir. Müasir dövrdə analoji tendensiya yalnız avtoritar üsul-idarəli ölkələrdə müşahidə olunur. Bu mənfi tendensiyanın Azərbaycanda təkrarlanması heç də xoşagələn deyil. Azərbaycan Konstitusiyasına ona görə ziddir ki, referendum yolu ilə bu məhdudiyyət aradan qaldırılsa da bu, İlham Əliyevə aid ola bilməz. Çünki o, bu dəyişikliklərə qədər artıq 2 dəfə prezident kürsüsündə əyləşib. Ona görə də konstitusiyanın prezidentliklə bağlı dəyişən müddəası İlham Əliyevə yox, ondan sonrakı prezidentə şamil oluna bilər”.

İ.Qəmbər deyib ki, bu addım YAP hakimiyyətinin növbəti qanunsuz addımıdır: “Güman edirəm ki, iqtidar yaxın zamanlarda bunun yanlış addım olduğunu dərk edəcək”.(xalqxeber)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button