ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İrəvanda etirazçılar dağıdılır

Bununla bağlı “Telegram”ın Ermənistan seqmentində videogörüntülər yayılıb.
Görüntülərdə polis qüvvələrinin etirazçılarla sərt rəftar etdiyi və güc tətbiq edərək, sürüyərək maşınlara mindirdiyi kadrlar əks olunub.
Qeyd edək ki, Ermənistanda “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ötən gün bildirmişdi ki, 12 iyun həlledici gün olacaq.
Yeri gəlmişkən, hakim komanda daxilində bu günlərdə hadisələrin mümkün inkişaf ssenariləri ilə bağlı fəal daxili müzakirələr gedir. Aksiyaçıların sayı artarsa və onlar parlamentə daxil olmaq istərlərsə hüquq-mühafizə orqanlarının əməkdaşları tədbirlər görməyə öncədən təlimatlandırılıb.
Xatırladaq ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesində bəzi kəndlərin Azərbaycana təslim edilməsindən sonra arxiyepiskop Baqrat Qalstanyan
“Vətən naminə Tavuş” hərəkatı yaradaraq aprelin 20-dən Paşinyana istefa tələbi ilə davamlı aksiyalara başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button