Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları İrəvanın mərkəzindəki hökümət binasının önünə toplaşıblar. Daxili işlər nazirliyinin əməkdaşları binaya giriş-çıxışları nəzarətə götürüblər.
Qafqaz.ir RİA Novosti-yə istinadən xəbər verir ki, hökümət binasının qarşısına toplaşanların sayı artır. Qalxan və dəbilqələrlə silahlanmış polislər gücləndirilmiş iş rejimində binanı qoruyurlar.