İrəvanda Ermənistan parlamentinin binası yaxınlığında müxalifətin mitinqi başlayıb.
Hazırda mitinqdə təxminən 2 min nəfər iştirak edir.
Qafqaz.ir -un verdiyi xəbərə görə, bu barədə “TASS” müxbiri hadisə yerindən məlumat yayır.
Parlament binasının önünə çox sayda polis qüvvəsi cəlb edilib, amma onların əksəriyyətində silah və qoruyucu vasitələr yoxdur.
Bir neçə yüz təqaüddə olan hərbçi də mitinqin keçirildiyi bölgəyə doğru irəliləyir. Onlar Ermənistan prezidenti Armen Sarkisyanın iqamətgahına piyada getməyi planlaşdırırlar.