ArxivXəbər lentiXəbərlər
İrəvanda yenidən etiraz aksiyaları başladı/foto

FaktXəbər-in verdiyi məlumata görə, başda sədrləri David Sanasaryan olmaqla «Qalx, Ermənistan» hərəkatının 3 fəalı 3 saatlıq cəhddən sonra polis zəncirini qıraraq İrəvanın mərkəzindəki Respublika meydanında ovalda əyləşə biliblər. Polislər onların əl-ayaqlarından tutaraq cəld oradan çıxarıblar. Hazırda meydanda onlarla fəal və sıravi vətəndaş əyləşib, Hərəkatın üzvləri məhz ovalda 72 saatlıq oturaq aksiya elan ediblər.Polis rəisinin müavini vətəndaşları itaətsizliyə əl atmamaq, onun tövsiyəsinə qulaq asmaq və fəvvarələr meydanında nümayiş keçirməyə çağırmışdı.Qeyd edək ki, bu gün Vanadzor şəhərində fəalların regionlar üzrə nümayişi başlayıb. Nümayişçilər Gümrü, Talin və Aştarakda aksiya keçirərək paytaxta qayıdacaqlar. İlk etiraz dalğasını başladan «Talana son» hərəkatı nümayişə qoşulmaqdan imtina edib.Xatırladaq ki, «Qalx, Ermənistan» təşəbbüskarları elektrik tariflərinin bahalanmasının tam ləğv olunmayacağı təqdirdə, dünəndən bir sıra etiraz aksiyalarına start verəcxəklərini bildirmişdilər.
|