ArxivXəbər lentiXəbərlər

İrəvanın mərkəzində növbəti etiraz aksiyası keçirilib/foto

İrəvanın mərkəzindəki Respublika meydanında vəziyyət yenidən gərginləşib.

Qafqaz.ir  APA-ya istinadən verdiyi xəbərə görə, “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları cümə günü meydana aparan Vazgen Sarkisyan küçəsini bağlamağa cəhd ediblər, lakin polisin müdaxiləsindən sonra bu cəhdin qarşısı alınıb.

Məlumata görə, İrəvan polisinin rəis müavini Valeri Osipyan meydana gələrək, müxalifət fəallarını dağılışmağa çağırıb.

Qeyd edək ki, bundan az əvvəl polis aksiya iştirakçılarından 10 nəfəri saxlayıb. Məlumata görə, onların saxlanmasına səbəb polisin tələblərinin yerinə yetirilməməsi olub.

Məlumata görə, fəallar İrəvanın mərkəzindəki Respublika meydanına avtomobil şinləri gətiriblər. Onlar polisin təkərləri meydandan yığışdırmaq tələbinə əməl etməkdən imtina ediblər.

Saxlanılan etirazçıların şəxsi əşyalarının da polis tərəfindən götürüldüyü bildirilir.

Son məlumatlara görə, “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları İrəvanın mərkəzindəki Respublika meydanında cümə günü axşam saatlarından başlayan etiraz aksiyasını şənbə günü səhərədək davam etdiriblər .

Hərəkat şurasının üzvü David Ovanisyan aksiya zamanı belə deyib: Biz qanunsuzluğa yol vermiş polisləri gərginlikdə saxlayacağıq.

Məlumata görə, “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları növbəti aksiyanı eyni məkanda sentyabrın 4-də keçirməyi qərara alıblar.

Məlumata görə, vəziyyət meydanda gərgin olaraq qalmaqdadır, fəallar və polis arasında mübahisə və toqquşmalar davam edir.

Xatırladaq ki, iyulun 27-dən İrəvanın mərkəzindəki Respublika meydanında oturaq etiraz aksiyası keçirilir. Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsini və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının buraxılmasını tələb edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button