ArxivXəbər lentiXəbərlər

İran 120 idmançı ilə Bakı İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək

İran İslam Respublikası Bakı İslam Həmrəyliyi Oyunlarında 120-dən çox idmançı ilə iştirak edəcək.

IRIB-nin Bakı ofisinin məlumatına görə, müxtəlif ölkələrdən İslam Həmrəyliyi Oyunlarına göndərilmiş idman karvanlarının başçılarının iclasında iştirak üçün Bakıya səfər etmiş İran İslam Respublikasının Milli Olimpiya Komitəsinin baş katibi Şahrox Şəhnazi bu iclasın kənarında IRIB müxbirinə deyib: Bu yarışlar dünyanın əlli ölkəsindən gələn mindən çox idmançının iştirakı ilə mayın 12-dən etibarən iki həftə müddətinə Bakıda keçiriləcək.

O, əlavə edib: Bu yarışlar qadın və kişi qrupları üzrə iyirmidən yuxarı idman növündə keçiriləcək. İştirakçıların sayının lazımi həddə çatmaması üzündən İran İslam Respublikasına aid olan və beynəlxalq federasiyası ölkəmizdə yerləşən zorxana idmanının yarışların bu dövründə keçirilməsi qətiləşməyib və biz ölkəmizin zorxana idmanı federasiyası ilə yanaşı digər ölkələri bu idman növündə iştiraka təşviq etməyə çalışırıq ki, iştirakçı komandaların sayı lazımi həddə çatmış olsun.

Şəhnazi deyib: Zorxana idmanı yarışlarının keçirilməsi üçün minimum on-on beş komanda iştirak etməlidir, halbuki hazırda yalnız altı komanda yarışlarda iştiraka öz hazırlığını elan edibdir.

İran İslam Respublikasının Milli Olimpiya Komitəsinin baş katibi bildirib ki, bu yarışların futbol üzrə dünya çempionatı yarışlarının hazırlıq mərhələsi ilə üst-üstə düşdüyünə və rəsmi yarışların keçirilməsinə görə, İranın futbol komandası da bu yarışlarda iştirak edə bilməyəcəkdir.

O, əlavə edib: Biz bu yarışlarda iştirak üçün digər bir güclü komandanı hazırlamağa çalışırıq.

O, sonda islami ayinlər imicinə görə, İran İslam Respublikasının Bakı İslam Həmrəyliyi Oyunlarında iştirakının önəmini vurğulayaraq, deyib: İranın bu yarışlarda iştirak edən ən güclü komandalardan biri olmasına səy göstəririk.

Əlavə edək ki, İran İslam Respublikası komandası bu yarışların Ərəbistanda keçirilmiş ilk dövründə dördüncü, İndoneziyada keçirilmiş ikinci dövründə isə ikinci olubdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button