ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər
İslam dininin dəyərli oğlu Hacı Qasim Süleymaniyə ithaf olunur

Diri vaxtı canlı Şəhid, Şəhid vaxtı yaşayan
O gecənin səhəri hər kəs Səndən danışırdı. Bütün dünya müsəlmanları qəmə batmışdı. Amma Sən istədiyin məqama çatmışdın. Özün demişdin ki, dostlar gedib, amma mən qalmışam.
Səndə getdin və istədiyin şəhidlik məqamı sənə qismət oldu. Lakin Sən öz şəhadətinlə yatanları və öz vəzifəsini bilməyənləri oyatdın. Çünki Sən Allah üçün yaşadın və Allah üçün can verdin. Sən yalnız İranın deyil, bütün dünyanınsan. Çünki Sən İslam dininin şəhidisən.
Sənin üçün irqindən, rəngindən, dilindən aslı olmayaraq hər kəs göz yaşı axıdır. Sən İslam bayrağı kimi hər yerdə dalğalanıb, hər kəsə sübüt etdin ki, İmam Hüseyn (ə) məktəbi həmişə yaşayacaq və daim mövcud olacaq. Biz müsəlmanların da, üzlərini Allah qarşısında ağ edib, dəyərimizi dünyada artırdın. İndi artıq hər kəs Səndən və biz oyanmışlardan danışır.
Artıq dünya bilir ki, biz baş kəsən deyilik və həm də bilir ki, biz məzlumları müdafiə edib, Allah yolunda can verənlərik. Artıq dünya başa düşdü ki, Sən və Sənin kimilər, yalnız Allahın dostlarıdır və hədəfləri Allah üçündür. Onlara aydın oldu ki, biz dünyanı xilas etmək üçün bu yoldayıq.
Sənin qanının axması dünyaya sübüt etdi ki, zalımdan qorxmaq lazım deyil, həmişə zülmü yox edib, Allahın dinin hər şeydən üstün tutmaq lazımdır. Sən etdiyin işlərlə Quranı-Kərimin və Peyğəmbərimizin (ə) sözlərinin canlı nümünəsi oldun. Hər xeyirli işinə görə, ey böyük sərdar Sənə çox saq ol deyirəm.
Ceyhun Fikrət