ArxivXəbər lentiXəbərlər

İran ABŞ-ın sanksiyalarını dəf edə biləcəkmi? –Zərdüşt Əlizadədən təhlil

“Donalid Trampın bu qərarı verməsi göstərir ki, ABŞ imperialistdir, beynəlxalq hüquqla, digər xalqların mənafeyi ilə hesablaşmayan qaba və yöndəmsiz dövlətdir. Hərçənd ki, özünü demokratiya və insan haqlarının carçısı hesab edir, amma reallıqda yəhudi şəbəkəsinin, ABŞ-dakı maliyyə və media mafiyasının göstərişi ilə hərəkət edir. Burada xalqların marağı, beynəlxalq hüququn mənafeyi əsla nəzərə alınmır”.

Bu fikirləri teleqrafa ABŞ-ın İrana qarşı bu gündən tətbiq edəcəyi sanksiyaları şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq bildirib ki, dünya yalnız ABŞ-da ibarət deyil və Avropa, müsəlman dünyası, Çin, Rusiya amili var:

“Onlar ABŞ-ın İrana qarşı sanksiya qərarını dəstəkləmir və tabe olmurlar. ABŞ bu sanksiyaları tətbiq etməklə 1979-cu il inqilabından sonra İranın dondurulan 130 milyard dollarlıq sərmayəsinin qalan hissəsini özündə saxlayacaq və verməyəcək.

Digər tərəfdən, ABŞ və İran bilavasitə geniş ticarət əlaqələrinə malik deyil. İran əsasən Çin, Rusiya, Avropa və müsəlman dünyası ilə ticarət həyata keçirir. Bu ölkələrin ABŞ-ın diktəsinə tabe olub-olmayacağını zaman göstərəcək. O dəqiqdir ki, Türkiyə və Azərbaycan bu prosesdə iştirak etməyəcəyini deyib. Çin son dövrlər ABŞ-dan neft alışını azaldıb, İrandan neft alışını isə artırıb. Əminəm ki, Rusiya da ABŞ-ın sanksiyalarına qoşulmaz, çünki özü bu sanksiyaların altına düşüb. Avropanın ABŞ-ın sanksiyalarına qoşulub-qoşulmayacağını demək çətindir. Ancaq İranla nüvə sazişi imzalanandan sonra Avropa şirkətləri ilə İran arasında nəhəng ticarət müqavilələri imzalanıb. Avropa şirkətləri İrandan xəyali qazanclar əldə etmək fikrində idilər. İndi ABŞ gəlib deyir ki, xeyir, siz bu gəlirləri əldə etməyin. Avropanın siyasi iradəsi, qətiyyəti çatarmı desin ki, sənin qərarların bizə yox, özünə aiddir? Bunu desələr, ABŞ-ın sanksiya qərarının təsiri cüzi olacaq. Yox əgər, ABŞ-ın qərarına tabe olsalar, İran üçün problemlər yaranacaq. Nüvə sazişindən sonra İran ABŞ-ın “Boeing” şirkətindən çoxlu təyyarə almaq istəyirdi. Bu təyyarələrin satılması onu istehsal edən şirkətə də xeyirdir. Onlar satmasa, İran Çindən, Rusiyadan, Braziliyadan təyyarə alacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button