ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan Astaraları Asiya və Avropanı birləşdirir

İran İslam Respublikası və Azərbaycan Respublikası dəmiryolunun birləşdirilməsi layihəsi və dəmiryol körpüsünün təməlqoyma mərasimi ötən gün iki ölkənin Müştərək İqtisadi Komissiyaları rəhbərləri Mahmud Vaizi və Şahin Mustafayevin iştirakı ilə sərhəddə keçrilib.

Astara-Astara layihəsi ilə tanınan bu layihənin icrasının ilk mərhələsində sərhəddə 3 aşırımlı 82 metr uzunluğunda bir körpü tikiləcək və Azərbaycanda 8 km uzunluğunda, İranda isə 2 km uzunluğnda dəmiryolu çəkiləcək. Və ilin sonuna qədər onların istifadəyə verilməsi nəzərdə tutulub.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi bu layihənin təməlqoyma mərasimində iki ölkə və region ölkələrinin əlaqələrinin genişlənməsində beynəlxalq şimal-cənub nəqliyyat dəhlizinin önəminə toxunaraq bildirib: Bu layihənin istifadəyə verilməsi ilə İrana məhsulların nəql olunmasının şahidi olacağıq. İdxal olunan məhsullar yük terminalında paylaşdırıldıqdan sonra müxtəlif ölkələrə nəql olunacaq.

İkitərəfli əlaqələrin möhkəmlənməsi üçün bu dəmiryolunun münasib fürsət olduğunu bəyan edən Vaizi layihənin icrasının 2 və 3-cü mərhələlərinə toxunub və deyib: Qəzvin-Rəşt dəmiryoluna şamil olan layihəin 2-ci mərhələsində də infrastrukturlarda 92%-lik inkişafın şahidiyik və dəmiryolu hazırlanır və döşənir. Rəşt-Astara yoluna şamil olan bu layihənin 3-cü mərhələsi barəsində də azərbaycanlı dostlarımızla müzakirə aparırıq və müştərək şəkildə icra etməyə çalışırıq.

Azərbaycan Respublikasının iqtisad naziri və İran və Azərbaycan Müştərək İqtisaid Komissiyasının azərbaycanlı sədri Şahin Mustafayev də bu tədbirdə layihənin önəminə toxunub və deyib: Bu körpü təkcə iki ölkəni bir-birinə birləşdirmir, region ölkələri də bu imkandan faydalanacaqdır.

O əlavə edib: Layihə istifadəyə verildikdən sonra, ilk mərhələdə, ildə 5 milyon tona yaxın məhsul bu vasitə ilə nəql olunacaq və ikinci mərhələdə də ildə 10 milyon ton məhsulun nəql olunmasına şərait yaradılacaq.

İki ölkənin dəmiryolunun birləşməsi və beynəlxalq şimal-cənub nəqliyyat dəhlizinin yekunlaşması ilə Fars körfəzi və Hind okeanının Rusiya və Avropaya birləşməsinə imkan yaranacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button