İran Azərbaycan-Ermənistan qüvvələrinin son toqquşmalarına münasibət bildirdi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan və Ermənistan qüvvələrinin son toqquşmalarına münasibət bildirib.
Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrində bu ölkə ilə Ermənistan silahlı qüvvələri arasında təmas xəttində toqquşmaları barəsində çoxlu xəbərlərin yayımlanması ardınca, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edib ki, iki ölkənin vəziyyəti tez bir zamanda normal şəraitə qayıdacaq.
Xanım Mərziyyə Əfxəm bu gün Tehranda keçirdiyi həftəlik brifinqində Beynəlxalq Səhər telekanalı müxbirinin Tehranın atəşkəs rejiminin qarşısının alınmasına köməyi barəsindəki sualına cavabda deyib: İranın mövqeyi həmişə aydındır. Sülh barəsində həmişə həm özümüz, həm də digər ölkələr üçün çalışırıq və bu sahədə heç bir səyi əsirgəmirik.
“Görünür iki ölkə arasında toqquşma daha kiçikdir. Hər halda ümidvarıq ki, hər iki ölkənin vəziyyəti tez bir zamanda normal vəziyyətə qayıdacaq və bu kiçik toqquşmalar da aradan qaldırılacaq” –deyə xanım Əfxəm söyləyib.