İran, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin bu yaxınlarda Bakıda baş tutacaq üçtərəfli görüşündə müzakirə olunacaq əsas məsələlər məlum olub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, toplantıda üçtərəfli regional əməkdaşlıq, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq layihələri əsas müzakirə mövzuları olacaq.
Görüşün aprelin əvvələrində baş tutacağı bildirilir.