Seyid İbrahim Rəisi Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patrüşevlə görüşdə deyib ki, İran və Rusiyanın iradəsi, müxtəlif sahələrdə strateji əlaqələr səviyyəsinin yüksəldilməsinə köklənib. Bu əlaqələrin güclənməkdə olduğunu bildirən Rəisi onun perspektivini aydın adlandırıb. Vurğulayıb ki, müstəqil ölkələrin həmkarlığı, Amerika və müttəfiqlərinin səbatsızlaşdırma və sanksiya siyasətinə ən qətiyyətli cavabdır.