“At ölüb, itlərin bayramıdır” – İsrailin İraqda keçirdiyi separatçı kürd referendumundakı saxtakalıqların şok təsvirləri – Foto/Video

Sosial şəbəkələrdə İraqı parçalamağa çalışan separatçı kürdlərin referemdum şousunda misli görülməmiş saxtakarlıqların təsvirləri yayılıb
“Truth NGO” xəbər verir ki, İsrailin İraqda keçirdiyi və İraqın ərazi bütövlüyünün pozulmasına xidmət edən separatçı referendumun nə ilə nəticələnəcəyi əvvəlldən bəlli idi. Çünki məşhur atalar sözündə deyildiyi kimi, İraqda “at ölüb, itlərin bayramıdır” vəziyyəti hökm sürür: İŞİD-lə mübarizəyə başı qarışan İraq dövləti, faktiki olaraq ərazisindəki kürd müxtariyyatına nəzarəti əldən verib. Bu fürsətdən istifadə edən separatçı kürdlər sionistlərin İraqı parçalamaq və bu ölkə ərazisində “ikinci İsrail” yaratmaq planının həyata keçirilməsinə start veriblər.
Müəllim, vicdansız şagirdin yazdığı yoxlama işini elə onun özünə yoxlamağı tapşırarsa və bu zaman nə baş verərsə, İraq Kürdüstanında da həmən hadisə baş verdi: separatçı kürdlər keyfləri istədikləri kimi saxtakarlıqlarla özləri-özlərinə səs verdilər, bir nəfər onlarla bülüteni doldurdu və s.
Bir nəfər qarşısına 4 büllüten qoyub səs verərkən selfi çəkdirir
Bu azmış kimi, İsrailə arxalanan separatçılar həyasızcasına bu qanun pozuntularını kameraların yaddaşına köçürüb dünyaya meydan da oxudular.
Sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən seçki şousundakı saxtakarlıqları əks etdirən və elə kürdlərin özlərinin paylaşdığı təsvirlər yayılıb.
“Truth NGO” sözü gedən təsvirləri təqdim edir: